10:06 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
411 0 0

Sərəncamla Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

BAKI, 16 may — Sputnik. Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini,1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı olub. 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

Əsas mövzular