10:59 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
CƏMİYYƏT
Qısa URL
37520

Mütəxəssislər bu ərazidə "butulka effekti" yarandığı üçün tıxac olduğunu iddia edirdilər. Belə ki, Xırdalan dairəsinin alt yolu hesab edilən tunelin olması yolu darlaşdırırdı və tıxac da məhz bu səbəbdən baş verirdi

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Ötən ilin sonlarında ölkə başçısı İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı tapşırıq verdi. Həmin vaxtdan yolun genişləndirilməsi işlərinə başlanıldı.

Hazırda ərazidə təmir və genişləndirmə işləri yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, təmir işləri ilə bağlı ərazidə hərəkətin intensivliyində ləngimə müşahidə edilir.

Yolların kənarında sökülmüş tikintilər təmizlənib, hazırda asfaltlama işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun yenidən qurulması və genişləndirilməsi istiqamətində işlər artıq yekunlaşmaq üzrədir. İşlərin tam olaraq iyun ayının əvvələrində bitəcəyi planlaşdırılır.

© Sputnik / Irade JELIL
Bakı-Sumqayıt yolunun genişləndirilməsi

O qeyd edib ki, hal-hazırda 20 Yanvar dairəsindən Xırdalan dairəsinə qədər olan hissədə işlər yekunlaşdırılıb. Bu istiqamətdə yol nişanlarının quraşdırılması və üfüqi xətlərin çəkilməsi həyata keçirilir.

Belə ki, hazırda Xırdalan tunelinin inşası üzərində işlər davam etdirilir. Bu ərazidə Xırdalan dairəsindən qalxan və düşən istiqamətdə yeni yollar inşa edilib. Tunelin genişləndirilməsi istiqamətində işlər görülür: "Qazma işləri yekunlaşdırılıb və hazırda tunelin divarlarının üzlənməsi davam etdirilir. Tuneldən sonra Masazır dairəsinə qədər olan istiqamətdə isə genişləndirmə işləri aparılır".

  • Bakı-Sumqayıt yolunun genişləndirilməsi
    © Sputnik / Irade JELIL
  • Bakı-Sumqayıt yolunun genişləndirilməsi
    © Sputnik / Irade JELIL
  • Bakı-Sumqayıt yolunun genişləndirilməsi
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Bakı-Sumqayıt yolunun genişləndirilməsi

A.Nəcəflinin sözlərinə görə, artıq işlər yekunlaşmaq üzrədir.

Xatırladaq ki, Bakıya giriş hesab edilən Bakı-Sumqayıt yolu hər zaman tıxac olub. Mütəxəssislər bu ərazidə "butulka effekti" yarandığı üçün tıxac olduğunu iddia edirdilər. Belə ki, Xırdalan dairəsinin alt yolu hesab edilən tunelin olması yolu darlaşdırırdı və tıxac da məhz bu səbəbdən baş verirdi. Hazırda tunel bir zolaq genişləndirilir. Yolun genişləndirilməsinin tıxacların qarşısını alıb-almayacağı isə sual altındadır.

Əlaqədar

Sumqayıt sakinləri karantindən birbaşa "ağ günə" çıxacaq
Karantindən ən qazanclı bura çıxacaq - FOTO
Çinlilər Bakının bir hissəsini dəyişirlər – Yolüstü körpülər salınacaq
Nərimanov rayonunda küçə və yollarda təmir işləri aparılır

Əsas mövzular