CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb tikirdilər, xəzinə tapdılar: Qobustanda qazıntı zamanı tarixi əşyalar aşkar edilib

© Photo : Courtesy of Akif QuliyevQobustanda tarixi tapıntılar
Qobustanda tarixi tapıntılar - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəbin bünövrəsi qazılarkən 1,0-2,5 m. dərinlikdən müxtəlif ölçülü saxsı qablar aşkar edilib və kənd sakinləri tərəfindən götürülüb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. "Bir neçə gün öncə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektor müdiri P.Q.Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisində tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub".

Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi tarix üzrə fəlsəfə doktoru Akif Quliyev bildirib ki, institut rəhbərliyinin göstərişi ilə rayona ezam edilib.

© Photo : Courtesy of Akif QuliyevQobustanda tapılan tarixi əşyalar
Məktəb tikirdilər, xəzinə tapdılar: Qobustanda qazıntı zamanı tarixi əşyalar aşkar edilib - Sputnik Azərbaycan
Qobustanda tapılan tarixi əşyalar

"Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirdik. Qeyd edək ki, Qobustan rayonunun Sündü kəndi tarixi baxımından unikal bir yerdir. Kənd ərazisində Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmış 36 qədim qəbiristanlıq, 920-ci ildə inşa edilmiş məscid, kurqan, 16 mağara, qədim yaşayış yeri mövcuddur", – deyə Akif Quliyev qeyd edib.

Tarixçinin sözlərinə görə, tapıntılar Təhsil Nazirliyi tərəfindən yeni tikilən Sündü orta məktəbinin ərazisində aşkar edilib. Məktəbin bünövrəsi qazılarkən 1,0-2,5 m. dərinlikdən müxtəlif ölçülü saxsı qablar aşkar edilib və kənd sakinləri tərəfindən götürülüb.

© Photo : Courtesy of Akif QuliyevQobustanda tapılan tarixi əşyalar
Məktəb tikirdilər, xəzinə tapdılar: Qobustanda qazıntı zamanı tarixi əşyalar aşkar edilib - Sputnik Azərbaycan
Qobustanda tapılan tarixi əşyalar

Əraziyə baxış keçirərkən tikinti sahəsində çoxlu sayda saxsı qırıntıları, kərpic fraqmentləri, ocaq yeri və sümük qalıqlarının olduğu müşahidə edilib. Əldə edilən maddi-mədəniyyət nümunələrinə əsasən buranın antik dövrə aid nekropol olduğu müəyyən edilib. Arxeoloqun fikrincə, əraziyə yayılmış daşlara əsasən bu qəbirlərin daş qutu qəbirlər olduğunu güman etmək olar. Torpağın üst qatı ekskavator vasitəsilə götürüldüyündən nekropol dağıdılıb, təbəqə qarışıb.

A.Quliyevin sözlərinə görə, o tikinti rəhbərliyi Mədəniyyət Nazirliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə əlaqə saxlayaraq, ərazidə tədqiqat işlərinin aparılmasına qədər bütün tikinti işlərinin dayandırıldığını və bu işlərin arxeoloji araşdırmalardan sonra davam etdiriləcəyini bildirib: "Əldə edilmiş razılığa əsasən yaxın vaxtlarda qeyd edilən ərazidə kəşfiyyat işləri başlanacaq, abidənin sərhədləri müəyyən ediləcək və Mədəniyyət Nazirliyi tətəfindən qeydiyyata alınacaq".

Xəbər lenti
0