CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə virusa yoluxma sayının artmasının səbəbi açıqlandı

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Son günlər tibbi maska istifadə edənlərin sayı azalıb. Bu da yoluxma sayının artmasına səbəb olur".

BAKI, 6 may — Sputnik. "Azərbaycanda tibbi maska taxanların sayı günü-gündən azalır. Bu da koronovirusa yoluxma hallarını sürətləndirir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev  söyləyib.

O, bildirib ki, son vaxtlar koronavirusa görə edilən testlərin sayı artıb: "Biz hazırda 5 min nümunə götürə bilirik.  Qısa zamanda bu rəqəm artıb.  İndiyədək koronavirusa ümumi yoluxma sayı  2127-dir. Sağalanların sayı isə 1536 nəfər təşkil edir. Aktiv xəstələrin sayı isə 563-dür. Bu günə  ümumi test sayı 170 minə çatır. Koronavirusa yoluxma sayının əvvəlki dövrlə müqayisədə artmasının isə əsas səbəbi qaydalara əməl edilməməsidir. Əvvəl insanlar daha çox fərdi qoruyuculara üstünlük verirdilərsə, son vaxtlar maska istifadə edilmir, sosial məsafəyə diqqət etmirlər. Son günlər tibbi maska istifadə edənlərin sayı azalıb. Bu da yoluxma sayının artmasına səbəb olur".

Xəbər lenti
0