CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların sayı artırılıb

© Official website of President of Azerbaijan RepublicСтанция Новханы, фото из архива
Станция Новханы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların sayı bu gündən çoxaldılır. Səbəb isə sərnişin çoxluğudur

BAKI, 6 may — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən etibarən ölkə ərazisində karantin rejiminin yumşaldılması ilə əlaqədar bəzi iş yerlərinin açılması nəticəsində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara sərnişin tələbatı artıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmiryolları" QSC-dən məlumat verilib.

Qeyd edilib ki, bunu nəzərə alaraq, bu gündən həmin istiqamətdə qatarların sayı çoxaldılacaq. Qatarların yeni hərəkət qrafiki ilə ətraflı bu cədvəldən tanış ola bilərsiniz.

Xəbər lenti
0