CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlılara "hələ 1 il də gözləyin" mesajı

© Sputnik / Irade JELILKarantin günləri
Karantin günləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər gələcəkdə qərar verilsə ki, turizm və otelçiliyin tamamilə fəaliyyəti bərpa olunsun, bu zaman biz düşünə bilmərik ki, ötən il olduğu kimi rayonlara səfər edə biləcəyik. Ən azı 1 il müddətində biz öncəki həyatımıza geri dönə bilməyəcəyik" - TƏBİB

BAKI, 1 may — Sputnik. "Müfəssəl hazırlanmış qaydalar mövcuddur. İctimai nəqliyyatda davranışla bağlı da metodik göstərişlər hazırlanıb. Burada yerüstü nəqliyyat, qatar, metro, avtobus və eyni zamanda sürücülər barədə müəyyən metodik müddəalar əksini tapıb. Sürücü və sərnişinlərin qorunması üçün qaydalar var".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün təşkil olunan mıtbuat konfransında deyib. O bildirib ki, bundan başqa, qida müəssisələrinin fəaliyyəti ilə bağlı da metodik göstərişlər hazırlanıb: "Əgər gələcəkdə qərar verilsə ki, turizm və otelçiliyin tamamilə fəaliyyəti bərpa olunsun, bu zaman biz düşünə bilmərik ki, ötən il olduğu kimi rayonlara səfər edə biləcəyik. Ən azı 1 il müddətində biz öncəki həyatımıza geri dönə bilməyəcəyik".

"Bundan başqa, gözəllik salonları, iş yerləri, xidmət sahələri haqda metodik göstərişlər haqda məlumat koronavirusinfo.az saytında yayımlanacaq", - deyə o əlavə edib.

Xəbər lenti
0