12:25 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
25 0 0

Pandemiya ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının yaranmaması üçün ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə uyğun olaraq dəyişdirilib.

BAKI, 28 aprel — Sputnik. Aprelin 28-də respublika üzrə xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardım (ÜDSY) ödənişləri həyata keçirilir.

Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə,  COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının yaranmaması üçün ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə uyğun olaraq dəyişdirilib. ÜDSY-ni istənilən bankomatlardan, eləcə də, “Azərpoçt”un bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar.

Əsas mövzular