07:16 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
20 0 0

Operativ Qərargahın keçirdiyi mətbuat konfransında koronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin yumşaldılması nəticəsində metronun açılması məsələsinə baxıla biləcəyi diqqətə çatdırılıb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Metroda qatarların hərəkəti bərpa olunduqdan sonra ekspress xətlərin fəaliyyəti davam etdirilə bilər. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O bildirib ki, martın 24-dən 31-dək metro ilə yanaşı ekspress xətlər də işləyib: "Bu barədə yekun qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunacaq.  Həmin qərara uyğun olaraq sərnişindaşımaların təşkili üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən əvvəlcədən bütün zəruri tədbirlər görülüb".

Qeyd edək ki, dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında koronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin yumşaldılması nəticəsində metronun açılması məsələsinə baxıla biləcəyi diqqətə çatdırılıb.

Əsas mövzular