CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollarda sürət həddi endirildi

© Photo : REPORTДождливая погода в Баку, фото из архива
Дождливая погода в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib

BAKI, 23 aprel — Sputnik. Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib.

Qeyd edilib ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaq tövsiyə edilir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edilir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Xəbər lenti
0