CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başqalarının 100 minlik maşınla etmədiyini "Zapı" ilə etdi

© AR Ministry of Internal AffairsMalik Mamedov
Malik Mamedov - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmənin qərarı ilə "ZAZ 968" markalı avtomobillə avtoxuliqanlıq edən M.Mamedov 15 gün müddətə inzibati qaydada həbs edilib.

BAKI, 21 aprel — Sputnik. Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

© AR Ministry of Internal AffairsSaxlanılan şəxs Malik Mamedov
Başqalarının 100 minlik maşınla etmədiyini Zapı ilə etdi - Sputnik Azərbaycan
Saxlanılan şəxs Malik Mamedov

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Kəlbəcər rayon sakini, Malik Mamedov sürücülük hüququ olmadan idarə etdiyi "ZAZ 968" markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq edərək etdiyi hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirib. M.Mamedov barəsində Gəncə BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Mamedov 15 gün müddətə inzibati qaydada həbs edilib.

Xəbər lenti
0