CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb

© Sputnik / Murad OrujovBakı Nəqliyyat Agentliyi
Bakı Nəqliyyat Agentliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Məqsəd gündəlik minlərlə sərnişinin daşınmasını həyata keçirən sürücülərin və istehsalat bazasında çalışan digər əməkdaşlar arasında yoluxma halını minimuma endirməkdir"

BAKI, 17 aprel — Sputnik. İctimai nəqliyyatda görülən əks-epidemik tədbirlər çərçivəsində “BakuBus” MMC-də dezinfeksiya kabinası quraşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, məqsəd gündəlik minlərlə sərnişinin daşınmasını həyata keçirən sürücülərin və istehsalat bazasında çalışan digər əməkdaşlar arasında yoluxma halını minimuma endirməkdir. "Bir daha vətəndaşlarımıza tövsiyə edirik ki, xüsusi karantin rejimi qaydalarına əməl etsinlər. Xahiş edirik ki, ciddi zəruriyyət yaranmadığı təqdirdə evdən çıxmasınlar", - agentlik bəyan edib.

Xəbər lenti
0