CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş oğru yenə iş başında: Bu dəfə qonşunun evinə girdi

CC0 / lechenie-narkomanii / rubberВор, фото из архива
Вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dəfələrlə oğurluğa görə məhkum olunmuş 22 yaşlı şəxs həmkəndlisinin evindən 5000 manat dəyərində qızıl aparıb

BAKI, 14 aprel — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə mart ayında rayonun Yuxarı Tala kəndində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 5000 manat dəyərində qızılların oğurlanması müəyyən edilib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0