10:36 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9 0 0

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

BAKI, 9 aprel — Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.04.2020-ci il saat 00:00-dan 09.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Əsas mövzular