19:48 04 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
10 0 0

"Onlar dövlət tərəfindən maliyyələşdirilən çarter reysi ilə ölkəyə gətiriliblər. Xaricdəki vətəndaşların ölkəyə gətirilməsində müəyyən çətinliklər olmuşdu" - Hikmət Hacıyev

BAKI, 8 aprel — Sputnik. “15 min Azərbaycan vətəndaşı ölkəyə gətirilib”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, Azərbaycan dövləti ilə ÜST arasında koronavirusla mübarizə sahəsində geniş əməkdaşlıq mövcuddur: “Azərbaycanda koronavirusa qarşı hazırlıq işləri müsbət qiymətləndirilib. Bu günə qədər 15 minə yaxın insan Azərbaycana gətirilib və xüsusi karantin zonalarında yerləşdirilib. Aprelin 20-dək Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış dayandırılıb. Bu, beynəlxalq daşımalara aid deyil”.

O qeyd edib ki, Azərbaycan dövləti həmişə olduğu kimi bu dəfə də vətəndaşlarının yanındadır: "Onlar dövlət tərəfindən maliyyələşdirilən çarter reysi ilə ölkəyə gətiriliblər. Xaricdəki vətəndaşların ölkəyə gətirilməsində müəyyən çətinliklər olmuşdu. Yaranmış vəziyyətlə bağlı həmin vətəndaşlara göstərdikləri təmkinə, anlayışa görə təşəkkür edirik".

Əlaqədar

Azərbaycanda bir gündə koronavirus aşkarlananların sayı artıq üçrəqəmli ədədlə ölçülür
Daha 19 nəfər koronavirus dəhşətindən qurtuldu
Karantindən evinə buraxılan tələbə: "Ən azından buna vicdan yol verməzdi"

Əsas mövzular