03:45 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
107 0 0

Təşəbbüskar müəllim ona material baxımından dəstək olarsa, gündəlik tikdiyi maska sayını artıra biləcəyini deyir

BAKI, 6 aprel — Sputnik. Koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik və qarşılıqlı yardımlaşma mühüm şərtdir. Bu baxımdan şəkili müəllimin təşəbbüsü maraqlı və təqdirəlayiq addımlardan biridir. 

Bu haqda Sputnik Azərbaycan-a məlumat verən Şəki Şəhər Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov bildirdi ki, şəhər 21 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Könül Zeynalova evdə tibbi maska hazırlayır, ehtiyacı olan insanlara yardım edir, ümummilli məsələmizə yanaşmada fəal vətəndaş mövqeyi göstərir.

Könül Zeynalova gündə təxminən 25-30 maska tikir. Bu işi reallaşdırmağa başladığı gündən indiyə kimi təxminən 150-dən artıq maska tikərək şəhər sakinlərinə, xüsusi ehtiyacı olan insanlara hədiyyə edib.

Təşəbbüskar müəllim ona material baxımından dəstək olarsa, gündəlik tikdiyi maska sayını artıra biləcəyini deyir.

Əsas mövzular