CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fariz Cəfərov sahibkarlar üçün icazə qaydalarını açıqlayır

© pixabay / Free-PhotosРабота за компьютером, фото из архива
Работа за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu saata olan son rəqəmlərə görə, hazırda İcazə.e-gov.az portalından icazəsi alınan şəxslərin sayı 200 mindən artıqdır

BAKI, 4 aprel — Sputnik. Sabahdan etibarən yalnız icazəsi alınan şəxslərin işə getməsinə, sərbəst hərəkətinə icazə veriləcək. Bununla bağlı olaraq hazırda ASAN Radio-nun qonağı olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov İcazə.e-gov.az portalından istifadənin ASAN izahını açıqlayaraq cəmiyyət üçün qaranlıq qalan sualları cavablayır.

Sputnik Azərbaycan xəbər verir ki, mərkəz rəhbəri sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı danışıb: "Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər VÖEN-ə bağlı olan elektron imza və ASAN imzadan istifadə etməklə İcazə.e-gov.az portalına daxil olmalıdırlar. Bundan sonra, əgər əməkdaşlarının da elektron imzası varsa, sol küncə klik etməklə bu zaman onlara səlahiyyət verə bilərlər. Səlahiyyət vermək üçün şəxsin fərdi identifikasiya nömrəsi və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi daxil edilməlidir. Bu o deməkdir ki, qısa müddətdə bir nəfər bir təşkilat, şirkət, xüsusən də iri supermarketlər üçün bütün bu işi həyata keçirə bilər".

Qeyd edək ki, bu saata olan son rəqəmlərə görə, hazırda İcazə.e-gov.az portalından icazəsi alınan şəxslərin sayı 200 mindən artıqdır. 20 mindən artıq şirkət bu sistemdə qeydiyyatdan keçib. 

Xəbər lenti
0