CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər şey olacaq: Külək də, yağış da, duman da...

© Sputnik / Murad OrujovЯгоды, фото из архива
Ягоды, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

BAKI, 3 aprel — Sputnik. Azərbaycanda aprelin 4-ə gözlənilən hava şəraiti açıqlanıb.

Сотрудники полиции и внутренних войск - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hava gəzməli olacaq, amma siz #EVDƏQALIN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 4-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 3-8 dərəcə isti olacaq.

Xəbər lenti
0