CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdən çıxanda üzərinizdə sənəd götürün – Qərargah

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Operativ Qərargah  evdən çıxmaq zərurəti yaranan insanlara, eləcə də xarici ölkə  diplomatlarına və beynəlxalq təşkilatların əməkdaşlarına xəbərdarlıq edib

BAKI, 31 mart — Sputnik. Əhalidən evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmək xahiş olunur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın əhaliyə müraciətində əksini tapıb.

Eyni zamanda fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslərin xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyətinin isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürmək xahiş olunur.

Xəbər lenti
0