CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metrodan təcili yardıma müraciətlər artıbmı?

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Həmişəki qaydada tərəfimizdən TTYS-a müraciətlər həyata keçirilir. Sərnişinin halı pisləşdikdə biz onlarla əlaqə saxlayırıq” - Bəxtiyar Məmmədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. “Öncəki günlərlə müqayisədə sərnişinlərin sayında nəzərəçarpaçaq dərəcədə azalma müşahidə olunub. Tövsiyə edirik ki, yalnız xüsusi zərurət yarandıqda metrodan istifadə edilsin. İnsanları evdə qalmağa, metrodan istifadə etməməyə səsləyirik”.

Автобус Bakubus, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda metro stansiyaları arasında ekspress avtobusların MARŞRUTları

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Hazırda qatarlar arası intervalın 2 dəqiqə yarım olduğunu deyən metropoliten rəsmisi təcili və təxirəsalınmaz tibbi yardıma müraciətlər haqda da danışıb: “Həmişəki qaydada tərəfimizdən TTYS-a müraciətlər həyata keçirilir. Sərnişinin halı pisləşdikdə biz onlarla əlaqə saxlayırıq. Lakin tibb işçisi olmadığımızdan sərnişində koronavirusun olub-olmamasını bilmirik”.

B.Məmmədov metrodan TTYS-a müraciətlərin sayı ilə bağlı olaraq isə bunları deyib: "Ümumən metroda sərnişinlərin sayı azaldığından, müvafiq olaraq, sərnişinlərin halının pisləşməsi ilə bağlı müraciətlər də xeyli azalıb. Müraciətlər əsasında hansısa sərnişinə göstərilən tibbi xidmət, onun xarakteri və digər özəllikləri barədə məlumatı sırf ixtisaslaşmış peşəkar xidmət sahəsi və ya mütəxəssislər verə bilər. Onun statistik göstəricilərini də metropoliten aparmır”.

Xəbər lenti
0