CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda stansiyalararası interval dəyişdi

© Sputnik / Murad OrujovСтанция "Сахиль" Бакинского метрополитена после капитального ремонта и реконструкции
Станция Сахиль Бакинского метрополитена после капитального ремонта и реконструкции - Sputnik Azərbaycan
Abunə olmaq
"28 May" – "Həzi Aslanov" istiqamətində 2,5 dəqiqəlik intervalla, "28 May" – "Dərnəgül" və "28 May" – "İçərişəhər" istiqamətində isə 5 dəqiqəlik intervalla qatarlar hərəkət edəcək" - Etibar İsayev

BAKI, 29 mart — Sputnik. Bu gün metronun "28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətində intervalda dəyişiklik olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev "ATV Səhər" proqramında olarkən deyib: "Öncəki günlərlə müqayisədə qrafik dəyişməsə də, sıxlıq yoxdur. Biz öncədən hərəkət qrafiki tərtib etmişik. Pandemiyadan öncə işlədiyimiz qrafikə əsasən, saata 24 cüt qatar bir stansiyadan keçir. Bu isə o deməkdir ki, "28 May" – "Həzi Aslanov" istiqamətində 2,5 dəqiqəlik intervalla, "28 May" – "Dərnəgül" və "28 May" – "İçərişəhər" istiqamətində isə 5 dəqiqəlik intervalla qatarlar hərəkət edəcək".

"Cəfər Cabbarlı" – "Şah İsmayıl Xətai" istiqamətində interval dəyişməyib. Eyni zamanda da "Bənövşəyi xətt"in "Memar Əcəmi 2" – "Avtovağzal" istiqamətində də əvvəllər hansı güclə işləyirdiksə, o güclə də işləyəcəyik", - deyə o əlavə edib.

Xəbər lenti
0