06:53 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
20 0 0

"Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində, son günlər ərzində ümumiyyətlə həkimlərə müraciət halları, demək olar ki, minumuma endirilib"

BAKI, 25 mart — Sputnik. Penitensiar Xidmət penitensiar müəssisələrdə məhbusların koronavirusa yoluxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Bu, tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər biz bildirdiyimiz kimi, kompleks tədbirlər, proflaktik tədbirlər, maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk. Koronavirusla bağlı hər hansı bir, hətta ehtimal olunan belə bir hal baş verməyib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində, son günlər ərzində ümumiyyətlə həkimlərə müraciət halları, demək olar ki, minumuma endirilib. Yəni bütün bu məsələlər tam ciddi nəzarət altındadır.

Hətta bizim hər bir əməkdaşımız xidmətə çıxanda nəzarət-buraxılış məntəqəsində yoxlanılır. Onlar işə qoruyucu maskalarla gəlirlər, hərarətləri ölçülür. Bütün lazimi tədbirlər həyata keçirilir və belə də davam etdirilir. Çox şükürlər olsun ki, bununla bağlı hər-hansı ciddi problemimiz yoxdur", - deyə M.Sadıqov qeyd edib.

Əlaqədar

Azərbaycanda daha altı nəfərdə koronavirus təsbit olundu, ölən var
Tibb işçiləri üçün xüsusi avtomobillər ayrılır
"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO
ÜST-ün nümayəndəsi koronavirusun iki əsas əlamətini açıqladı
Hansı daha təhlükəlidir - koronavirus, yoxsa hantavirus?

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1322
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    1998
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1062