19:18 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1010

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək

BAKI, 25 mart — Sputnik. Azərbaycanda martın 26-da gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 12-16° isti, Bakıda  gecə 6-8°, gündüz 14-16° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-10°, gündüz  15-20° isti, dağlarda gecə 0-5°, gündüz  7-12° isti olacaq.

Əsas mövzular