23:52 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
527 0 0

Rayonlara getmiş şəxslərin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar

BAKI, 23 mart — Sputnik. Xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Daxili İşlər Nazirliyinə KİV və ictimaiyyət nümayəndələrindən gələn suallara DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov cavab verib.

Sputnik Azərbaycan həmin məlumatlıarı təqdim edir:

-Dünyada koronavirus pandemiyasının geniş yayıldığını nəzərə alaraq, koronavirus infeksiyasının  ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə martın 24-də saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Bəs bundan sonra vətəndaşlarımızın ölkə ərazisindəki hərəkəti necə tənzimlənəcək?

- Elan edilmiş xüsusi rejimin tələblərinə görə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışları tam məhdudlaşdırlır. Həmçinin, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və bu şəhərlərdə qeydiyyatda olan vətəndaşlarımızın respublikanın digər şəhər və rayonlarına çıxışlarına da məhdudiyyət qoyulur.

- Bəs bu günə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanlar geri qayıda biləcəklərmi?

- Bəli, onların Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.

- Əvvəlcədən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş respublikanın digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və vətəndaşların aqibəti necə olacaq? 

-  Onların qeydiyyatda olduqları şəhər və rayonlara  çıxışlarına məhdudiyyət tətbiq edilmir. Lakin, onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər.

Sonda Ehsan Zahidov qeyd edib ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar.

Əsas mövzular