05:07 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
51 0 0

Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla sərnişin qatarlarının hərəkəti dayandırılır.

BAKI, 18 mart — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, martın 19-da saat 00.00-dan etibarən Sumqayıt və Abşeron istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərinişin daşınması dayandırılır.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək. Martın 18-i və 19-u bölgələrdən çıxan qatarlar isə  geriyə sərnişinsiz qayıdacaq.

Martın 19-dan martın 29-dək  Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır. Martın 18-dən 29-dək olan tarixlərdə qatarlara alınan biletlər üçün ödənilən məbləğ tam şəkildə vətəndaşlara geri qaytarılır. Bilet satışı qaydalarına uyğun olaraq, sərnişinlər qatarın yola düşəcəyi vaxtdan əvvəl bileti qaytarıb, ödədikləri məbləği geri ala bilərlər.

Əlaqədar

Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır
Biletlərin pulu tam həcmdə qaytarılır
Azərbaycanla Rusiya arasında dəmiryolu əlaqəsi kəsildi
Bakıdan Kiyevə gedən qatar Xarkovdan geri qaytarılır

Əsas mövzular