CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onları həyəcanla gözləyirdilər

CC0 / oadtz / airportHava limanında adam
Hava limanında adam - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək

BAKI, 18 mart — Sputnik. Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

Sputnik Azərbaycan “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Xəbər lenti
0