CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Belarusda olan azərbaycanlıların nəzərinə

© Sputnik / Viktor TolochkoВид на город Минск
Вид на город Минск - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Belarusdakı səfirliyi yeni koronavirusun (COVlD-19) sürətlə yayılması ilə əlaqədar soydaşlarımıza və bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edib.

BAKI, 16 mart — Sputnik. Azərbaycanın Belarusdakı səfirliyi yeni koronavirusun (COVlD-19) sürətlə yayılması ilə əlaqədar soydaşlarımıza və bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edib.

Səfirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, Belarusda yaşayan, təhsil alan və müvəqqəti olaraq səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb.

Əlaqə telefonu: +375296875440

Səfirlik soydaşlarımızdan və vətəndaşlarımızdan koronavirusdan səmərəli şəkildə qorunmaq üçün Belarusda dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi xahiş edir.

Bildirilir ki, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə məhdudlaşdırılmalı və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərə getməkdən çəkinməli, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili olaraq tibbi müayinədən keçilməlidir.

Xəbər lenti
0