21:01 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
13610

Bugünkü çarter reysi ilə İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı çatdırılacaq. Daha bir çarter reysi sabaha planlaşdırılacaq

BAKI, 15 mart — Sputnik. Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq Azərbaycan Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.

Sputnik Azərbaycan bildirir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, vətəndaşlarımız ölkəyə bu reyslər vasitəsilə vətənə çatdırılacaqlar.

Beləliklə, bugünkü çarter reysi ilə İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı çatdırılacaq. Daha bir çarter reysi sabaha planlaşdırılacaqdır. Bundan əlavə, yaxın zamanda AZAL Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək.

Lazım olduqca AZAL Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək.

Əvvəl də məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda qaynar xətt yaradılıb. Qaynar xəttin nömrəsi: +90537 282 67 40

Əlaqədar

Türkiyədəki səfirliyimizdə koronavirusa görə qaynar xətt açıldı
Gürcüstanda da azərbaycanlılar üçün qaynar xətt işə düşdü
Azərbaycan XİN-dən xəbərdarlıq: məlumatları izləyin
Azərbaycanda daha dörd nəfərdə koronavirus təsdiqləndi
Azərbaycanla Türkiyə arasında gediş-gəliş dayandı

Əsas mövzular