CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AAYDA koronavirusla bağlı maarifləndirmə işi həyata keçirir

© Photo : Office of Baku BoulevardDezinfeksiya işləri
Dezinfeksiya işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə də tədbirlər görülür

BAKI, 13 mart — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.

Sputnik Azərbaycan agentliyin məlumatına istinadla xəbər verir ki, bu məqsədlə agentliyin tabeliyində olan bütün MMC-lərin inzibati binalarında, o cümlədən yardımçı tikililərdə koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. İş otaqlarında, zallarda və digər otaqlarda, dəhlizlərdə, pilləkənlərdə, foyelərdə xüsusi dərmanlanma işləri həyata keçirilir.

Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə də tədbirlər görülür. Əməkdaşlar tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırma işi həyata keçirilir.

Xəbər lenti
0