BAKI, 20 fevral — Sputnik. Sumqayıtda köhnə yaşayış binaları söküləcək.
Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.
Onun sözlərinə görə, əsasən 1940-50-ci illərdə tikilmiş binalar söküləcək: "İstismar müddətini bitirmiş binalar söküləcək. Söküntü işlərinə 17-19-cu məhəllələrdən başlanılacaq".
Eyvaz Qocayev həmçinin əlavə edib ki, şəhər ərazisində 200-ə yaxın yaşayış binasının dam örtüyünün, fasadlarının təmir olunması da nəzərdə tutulub: "600-ə yaxın binanın isə istilik sisteminin bərpa edilməsi nəzərdə tutulub. Bütün işlərə bu ildən start veriləcək. Və mərhələli şəkildə həyata keçiriləcək".