CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan alveri qurbanlarına yardım mərkəzləri yaradılacaq

© Depositphotos.com / Shutter2uСилуэт человека за стеклянными блоками
Силуэт человека за стеклянными блоками - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərində məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzinin yaradılması 2022-ci ilə qədər təmin edilməlidir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Azərbaycanın üç şəhərində insan alveri qurbanlarına yardım mərkəzlərinin yaradılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, 2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiyada öz əksini tapıb.

Strategiyanın "Sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi və maddi-texniki bazasının təkmilləşdirilməsi" ilə bağlı bəndində qeyd olunub ki, insan alveri qurbanlarının sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası tədbirlərin həyata keçirilməsi, həmçinin insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinin təşkili məqsədilə ölkənin 3 şəhər və rayonunda insan alveri qurbanlarına yardım mərkəzlərinin yaradılmalıdır.

Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafəsinin və ailədaxili zorakılıqların baş verməsinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Bakı şəhərində məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzinin yaradılması 2022-ci ilə qədər təmin edilməlidir. Bu iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Xəbər lenti
0