CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polisdən ən çox şikayət olunan rayonların adları açıqlandı

© Sputnik / Rahim MuradovАвтомобиль ППС, фото из архива
Автомобиль ППС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonlarında polisin fəaliyyətinə dair daxil olan şikayətlərin sayı çox olub

BAKI, 19 fevral — Sputnik. "Bir məsələni xüsusi vurğulamalıyıq ki, Azərbaycanın sabitlik və əmin-amanlıq məkanına çevrilməsində, vətəndaşlarımızın asudə yaşamasında hüquq mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının əməyi danılmazdır.

Пожар в Садараке, 18 февраля 2020 года  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Polis yanğından zərərçəkənlərə belə kömək edib - VİDEO
 Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qazanılan uğurlar xalqın sabit həyat sürəcəyinə, həmçinin cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə inamı daha da artırır".

Sputnik Azərbaycan “Reporta” istinadla xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.

Şöbə müdiri qeyd edib ki, bununla yanaşı, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyil: "Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti və sair məsələlərlə bağlıdır. Bütövlükdə, polisin fəaliyyətinə dair daxil olan şikayətlərin sayı Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik, Masallı, Neftçala, Sabirabad, Siyəzən, Tərtər, digər şəhər və rayonlardan nisbətən çox olub".

Xəbər lenti
0