23:07 31 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
15 0 0

"Sədərək"də xəsarət alan Kliniki Tibbi Mərkəzə aparılan şəxsə xəstəxanada ambulator yardım göstərilib, o, evə buraxılıb

 

BAKI, 18 fevral — Sputnik. "Sədərək" Ticarət Mərkəzindəki yanğında tüstüdən zəhərlənən iki nəfər Toksikoloji Mərkəzə aparılıb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Xəbərdə bildirilir ki, həmin şəxslər ambulator müayinədən sonra evə buraxılıblar.

Məlumatda qeyd edilir ki, "Sədərək" Ticarət Mərkəzində baş verən yanğına 5 təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində 9 nəfərə yerində yardım göstərilib, bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb. "Sədərək"də xəsarət alan Kliniki Tibbi Mərkəzə aparılan şəxsə xəstəxanada ambulator yardım göstərilib, o, evə buraxılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib. Ticarət Mərkəzində baş vermiş yanğın artıq söndürülüb.

Əsas mövzular