CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "çən müharibəsi"nin qalibləri var: onlara icazə verildi

© © TRENDБаки для воды, фото из архива
Баки для воды, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xətai rayonunda bəzi ərazilər var ki, onlara 24 saat içməli su verilmir. Həmin yerlərdə daimi su təminatı olana kimi binanın üzərindəki çənlərdən istifadə etməyə icazə veriləcək

BAKI, 17 fevral — Sputnik. "Bakının Xətai rayonunda binaların damı və liftlərin yenilənməsi prosesi davam edir".

Bu barədə Sputnik Azərbaycan-a Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov danışıb.

O qeyd edib ki, bir çox binanın liftləri artıq tam yenisi ilə əvəzlənib. Bu günə kimi 147 köhnə lift tam yeni və müasir liftlə əvəz edilib.

Eləcə də, P.İmanovun sözlərinə görə, bir müddətdir ki, Xətai rayonunda binaların damları da yenilənir, binaların üzərindəki çənlər də götürülür.

P.İmanov deyir ki, su çənləri götürülən sakinlərin fasiləsiz, dayanıqlı su təchizatı təmin olunacaq: "Hazırda pilot layihə olaraq binalara 24 saat içməli suyun verilməsi işləri görülür. Bu işlərin nə vaxt yekunlaşacağı hələlik tam məlum deyil. Xətai rayonunda da bəzi ərazilər var ki, onlara 24 saat içməli su verilmir. Həmin yerlərdə daimi su təminatı olana kimi binanın üzərindəki çənlərdən istifadə etməyə icazə veriləcək. Eyni zamanda həmin sakinlərə müvəqqəti olaraq öz binalarının damında 500 litrə kimi plastmas çənlərin istifadəsinə icazə verilir".

Xəbər lenti
0