CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həzz altında karlığa aparan yol: Özümüzü öz əlimizlə məhv edirik, ruhumuz da incimir

CC0 / StockSnap / headphonesМужчина в наушниках, фото из архива
Мужчина в наушниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Simsiz qulaqlıqlar vasitəsilə birbaşa beyinə gedən dalğaların xərçəngə səbəb ola biləcəyi və ya beyinin funksiyasına zərər verəcəyi düşünülür

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Texnologiya inkişaf etdikcə, simli qulaqlıqlar tədricən tarixə qovuşur. İctimai nəqliyyatda, küçədə insanların getdikcə daha rahat olan simsiz qulaqlıqlara üstünlük verməsi müşahidə olunur. Kabelsiz texnologiyaların inkişaf etməsi "Bluetooth" qulaqlıqların istifadəsini genişləndirir.

Telefon - Sputnik Azərbaycan
CƏMİYYƏT
Başqaları az qala telefonla ulduzlara uçur, biz heç danışa bilmirik

Daha rahat və daha gözəl görünməsinə baxmayaraq, alimlər simsiz qulaqlıqların insanlar üçün mənfi təsirindən narahatdırlar. Bu qulaqlıqlardan birbaşa beyinə gedən dalğaların xərçəngə səbəb ola biləcəyi və ya beyinin funksiyasına zərər verəcəyi düşünülür. Bu mövzuda bir sıra elmi araşdırmalar da var. Biokimyaçı Ceri Fillips Medium.com-da bu mövzuya aid məqalə qələmə alıb və elektromaqnit sahələrdə yaşanan fəallığın insan DNT-sinə vurduğu ziyandan danışıb. Məqalədə qəti şəkildə iddia edilməsə də, zərərin mümkün olduğu açıqlanıb.

Alim yazır ki, "Bluetooth" qulaqlıqla bağlı narahatlığın əsas səbəbi onların qulaq kanalına yerləşdirilməsidir və bununla da beyin toxumalarının yüksək radiotezlik səviyyəsinə məruz qalmasıdır. Radiotezlikdə aşkar olunan radiasiya səviyyəsinin insan sağlamlığına və hüceyrə toxumalarına vurduğu ziyana dair təsdiq olunmuş heç bir dəlil yoxdur. Amma 2015-ci ildə 200 alimdən ibarət bir qrup tərəfindən Birləşmiş Millətlər Təşkilatı və Dünya Səhiyyə Təşkilatına təqdim olunan hesabatda ionlaşmayan elektromaqnit sahələrinin insan sağlamlığına təsirlərindən narahatlıq ifadə olunur. EMF-nin (ionlaşmayan maqnit sahəsi) Beynəlxalq Elmi Müraciətlər Direktoru Elizabes Kelli "Business Insider" adlı Amerika xəbər saytına verdiyi açıqlamada ionlaşmayan elektron sahələrin hər yerdə olduğunu və "Bluetooth" başda olmaqla bütün mənbələrdən yayılan radiasiya ilə bağlı ciddi narahatlığı doğurduğunu söyləyib.

Lal-kar uşaqların dövlət hesabına cərrahi əməliyyat olunması təklifi

Qeyd edək ki, naqilsiz qulaqlıqlara dünyanın hər yerində, o cümlədən Azərbaycanda da kifayət qədər tələb var. Sputnik Azərbaycan yerli mütəxəssislərlə simsiz qulaqlıqların təsirini araşdırıb.

Professor otolarinqoloq Nazim Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yüksək intensivlikdə səs daxili qulaqda hüceyrələrin ölümünə səbəb olur: "Ümumiyyətlə yüksək intensivlikdə səs zərərlidir. Biz ona görə deyirik ki, toylarda səs desibelində normaya riayət edilməlidir. Çox təəssüf ki, bu gün el şənliklərində buna əməl edilmir. Səs 90 desibeldən yuxarı olur. Bəzən hətta 100-105 desibelə çatır. Amma el şənliyi ayda-ildə bir dəfə olur. Qulaqlıqlar isə az qala gündəlik istifadə edilən texniki avadanlıqlardır. Son illər isə uşaqlar da qulaqlıqlara aludə olublar. Simli qulaqlıqların öz yerini tədricən simsiz qulaqlıqlara verməsi isə bu təhlükəni daha da artırır. Ona görə də, qulaqlıqlardan istifadə zamanı xüsusi normativin qorunmasına əməl etmək lazımdır. Maksimum səs diapazonu 60-70 desibel olmalıdır. Bəzi telefonlar avtomatik olaraq səs desibelində normanı tənzimləyir. Hətta belə qulaqlıqlar da var. Ona görə də, alanda ən azından belə telefon və qulaqlıqlara üstünlük vermək lazımdır".

N.Hüseynov deyir ki, "Bluetooth"lu, istərsə də simli qulaqlıqla uzun müddət intensiv musiqi dinləmək ən yaxşı halda tinnitusa, ən pis halda isə uzun müddət sonra karlığa səbəb ola bilər. Professor otolarinqoloq deyir ki, ona görə də, eşitmə cihazlarından asılı vəziyyətdə qalmaq istəməyənlər qulaqcıqla səs dinləmə müddətini nəzarətdə saxlamalıdırlar.

Xəbər lenti
0