CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollara xüsusi texnika çıxarılıb

© Sputnik / Murad OrujovСнег в Баку — кому в радость, а кому в тягость
Снег в Баку — кому в радость, а кому в тягость - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik"

BAKI, 11 fevral — Sputnik. Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir ciddi çətinlik yaratmayıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb.

Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb.

"Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik", - deyə qeyd edilib.

Xəbər lenti
0