CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvan da hazırlığa başladı - Virus təhlükəsi hamını hərəkətə gətirib

© REUTERS / AMANDA PEROBELLIСитуация в связи с эпидемиологической обстановкой в Бразилии
Ситуация в связи с эпидемиологической обстановкой в Бразилии - Sputnik Azərbaycan
Abunə olmaq
Gömrük məntəqələrində, hava limanında monitorda muxtar respublikaya gələnlərin vizual tibbi müşahidəsi, hərarətinin ölçülməsi təşkil edilib. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb.

BAKI, 1 fevral — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni koronavirus aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. Hazırda xəstəlik viruslarının artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də yayılması davam edir.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
İctimai nəqliyyatda koronavirus təhlükəsi - Hərəkətə keçildi

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, muxtar respublika ərazisində koronavirus infeksiyasının yayılma ehtimalı olmasa da, onun geostrateji mövqeyi, həmsərhəd olan ölkələrə gediş-gəlişlər zəruri qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsini tələb edir. Bu məqsədlə tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

Tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən dezinfeksiya işlərinə başlanılıb. Bu tədbir, ilk növbədə, əhalinin sıx məskunlaşdığı yerləri əhatə etməklə Naxçıvan şəhər avtovağzalında, dəmiryol vağzalında, "Cahan" Ticarət Mərkəzində həyata keçirilib. Xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında gömrük və səhiyyə mütəxəssislərinin qarşılıqlı fəaliyyəti təmin olunub. Gömrük məntəqələrində, hava limanında monitorda muxtar respublikaya gələnlərin vizual tibbi müşahidəsi, hərarətinin ölçülməsi təşkil edilib. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb.

Xəbər lenti
0