CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəndə yaxşı baxa bilmədi, biznesi batdı

© The Food Safety Agency of the Republic of AzerbaijanBərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi  - Sputnik Azərbaycan
Abunə olmaq
Yoxlama zamanı sexdə istehsal edilən qənddən nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına göndərilib

BAKI, 28 yanvar — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqlər həyata keçirir. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən növbəti reyd Bərdə rayonu, Alaçadırlı kəndində fəaliyyət göstərən fiziki şəxs Sadıqov Vüqar Ənvər oğluna məxsus qənd sexində həyata keçirilib. Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin kobud şəkildə pozulduğu aşkarlanıb. Müəssisədə xammal və hazır məhsulların düzgün şəkildə saxlanılmadığı, müvafiq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub. Eləcə də istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlərin mövcud olmadığı müəyyən olunub.

© The Food Safety Agency of the Republic of Azerbaijan
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi  - Sputnik Azərbaycan
1/3
© The Food Safety Agency of the Republic of Azerbaijan
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi  - Sputnik Azərbaycan
2/3
© The Food Safety Agency of the Republic of Azerbaijan
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi  - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Yoxlama zamanı sexdə istehsal edilən qənddən nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına göndərilib.

Aşkar olunmuş faktlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər həyata keçirəcək.

Xəbər lenti
0