10:11 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
16 0 0

Hüquq-mühafizə orqanlarının əməkdaşları səkkiz aylıq uşağını 5 min dollara satmağa cəhd edən qadını saxlayıb.

BAKI, 28 yanvar — Sputnik. Özbəkistanın şərqindəki Əndican şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları səkkiz aylıq uşağını 5 min dollara satmağa cəhd edən qadını saxlayıb. Sputnik Özbəkistan xəbər verir ki, bu barədə məlumatı Respublikanın Baş Prokurorluğu yayıb.

"İyirmi yaşlı Özbəkistan vətəndaşı qızının doğum şəhadətnaməsini 5 min ABŞ dollarına potensial alıcıya satarkən və uşağı təhvil verərkən tutulub", - Baş Prokurorluğun məlumatında bildirilir.

İdarədən həmçinin bildiriblər ki, saxlanılan şəxslə bağlı "yetkinlik yaşına çatmayanların alveri" maddəsi ilə cinayət işi açılıb. Həmin maddənin sanksiyası 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xatırladaq ki, ötən ilin iyununda polis əməkdaşları Daşkənddə öz 9 aylıq uşağını 9 min dollara satan gənc cütlüyü saxlayıb. Elə həmin ay Karşi şəhərində 10 aylıq körpəsini min dollara satan qadın saxlanılmışdı. Özbəkistanın vətəndaş cəmiyyəti institutları gənc ailələrin öz azyaşlı uşaqlarını satması ilə bağlı dəfələrlə həyəcan təbili çalıb. Uşaqlarını hərraca çıxaranların çoxu bunu imkansızlıq və uşağa baxmaq imkanlarının olmaması ilə izah edirlər. Qanunsuz uşaq dünyaya gətirən qadınlar isə uşağını satmaqla ailəsinin ona verəcəyi cəzadan qurtulmağa çalışırlar.

Əsas mövzular