CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda daha bir avtobus kart sisteminə keçir

© Baku Transport AgencyПлатежная карта BakıKart, фото из архива
Платежная карта BakıKart, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq

BAKI, 21 yanvar — Sputnik. Yanvarın 24-dən etibarən 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 17-dən 46 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada "BakıKart"la ödənilməkdədir. "BakıKart"a inteqrasiya davam etdirilir. Yaxın günlərdə digər xətlər də "BakıKart" sisteminə keçəcək.

Xəbər lenti
0