CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə hava şəraiti dəyişməyəcək

© Sputnik / Murad OrujovЛюди на бакинском приморском парке
Люди на бакинском приморском парке  - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeronda gecə 0-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq

BAKI, 20 yanvar — Sputnik. Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Zaqatala, Şəki və Qax rayonlarına qar yağıb - Sputnik Azərbaycan
HADİSƏ
Ölkə ərazisindəki faktiki hava barədə məlumat verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosu Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Xəbər lenti
0