CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsizlərə şad xəbər: Azərbaycanın yeni brendi mərkəzlərinin sayını artırır

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında
Prezident İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir cari ildə Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlərin aparıldığını deyib

BAKI, 18 yanvar — Sputnik. Prezident İlham Əliyevin Fərmanı ilə ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və Agentliyin 1 və 2 saylı Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu innovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib.

Səricə Məmmədova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gümüşü könüllülər - ən stressiz iş yerindən Reportaj
  Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb.

Onun sözlərinə görə, 1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub. "Könüllü DOST" proqramına 6900 müraciət edilib, 250 könüllü işə cəlb edilib: "Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi tanınır. Təsadüfi deyil ki, 2 saylı DOST mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev DOST xidmətinin fəaliyyətinin başqa ölkələrdə maraq doğuracağına və təcrübə mübadiləsi üçün müraciətlər daxil olacağına əminliyini bildirib".

Nazir cari ildə Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlərin aparıldığını deyib.

Xəbər lenti
0