CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"London taksiləri" Bakıya qayıdır - Bu dəfə elektriklə işləyənlər

© © Press AZALНа территории Международного аэропорта Гейдар Алиев местных жителей и туристов будет обслуживать только одна компания такси - ООО "Bakı Taksi Xidməti"
На территории Международного аэропорта Гейдар Алиев местных жителей и туристов будет обслуживать только одна компания такси - ООО Bakı Taksi Xidməti - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır"

BAKI, 15 yanvar — Sputnik. "Biz şəhər nəqliyyatının inkişafına böyük əhəmiyyət veririk. Mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir".

Первый беспилотный железнодорожный такси - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni taksi növü fəaliyyət göstərəcək

Sputnik Azərbaycan bildirir ki, bunu Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.

Ramin Quluzadə Prezidentin bu məsələ ilə bağlı sualını cavablandırarkən bildirib ki, yeni "London taksiləri" sifariş verilib: "Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” var. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir".

"Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə", - deyə Prezident bildirib.

Xəbər lenti
0