CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa ölkəsindən quş ətinin idxalına məhdudiyyət qoyulub

© The Food Safety Agency of the Republic of AzerbaijanAzərbaycanda quş qripi ilə bağlı epizootoloji monitorinq
Azərbaycanda quş qripi ilə bağlı epizootoloji monitorinq - Sputnik Azərbaycan
Abunə olmaq
"Yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşa Respublikasının inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb" - AQTA

BAKI, 10 yan — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə məlumat yayıb. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, buna səbəb həmin ölkənin ərazisində quş qripinin yayılmasıdır: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşa Respublikasının Lyublinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilib. Bununla əlaqədar olaraq, yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşa Respublikasının inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb".

"Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikası ərazisindən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur", - deyə verilən məlumatda bildirilir.

Xəbər lenti
0