CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kosmik hava durumu açıqlandı: qasırğa gözlənilirmi?

CC0 / Flickr / sunsetGünəşin çıxması, arxiv şəkli
Günəşin çıxması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Günəş diskində hələlik nömrələnməyən az fəal sahə meydana gəlməkdədir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər tac kütlə atılması müşahidə olunmayıb

BAKI, 9 yanvar — Sputnik. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, müvafiq dövr ərazində Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində hələlik nömrələnməyən az fəal sahə meydana gəlməkdədir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər tac kütlə atılması müşahidə olunmayıb.

Məlumatda qeyd edilib ki, hesabat dövründə ACE kosmik gəmisindən əldə olunan məlumatlar əsasında, demək olar ki, Günəş küləyi üçün sakit şərait hökm sürür.

Belə ki, dünən ümumi maqnit sahəsində güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti 400 km/san-dən bir qədər çox olub.

Son 24 saat ərzində geomaqnit sahədə sakitlik müşahidə edilir.

Qeyd edilib ki, 9-11 yanvar tarixlərində Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Bu gün maqnit qasırğasının yaranması ehtimalı 5 faizdən aşağı, 10 və 11 yanvar tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.

Xəbər lenti
0