CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aprel şəhidi Raquf Orucovun atası vəfat edib

© Sputnik / Irade JELILDilbər Əliyeva Dədə Qorqud qəbiristanlıqda dəfn edildi
Dilbər Əliyeva Dədə Qorqud qəbiristanlıqda dəfn edildi   - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhid atası bu gün Sumqayıt şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, bir neçə il bundan əvvəl insult keçirmişdi

BAKI, 6 yanvar — Sputnik. Qarabağ müharibəsi qazisi, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun atası İbrahim Orucov vəfat edib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, İ.Orucov bu gün Sumqayıt şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İ.Orucov bir neçə il bundan əvvəl insult keçirmişdi.

Allah rəhmət eləsin!

Xəbər lenti
0