CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mən öləndə Şaxandanda basdırın, çünki onun Şahi-Xəndanı var...

© Sputnik / Irade JELILŞaxəndanın ətrafı
Şaxəndanın ətrafı - Sputnik Azərbaycan
Abunə olmaq
Orada iki qəbir var – Birində İmadəddin Nəsiminin qardaşı basdırıldığı bildirilsə də, o biri qəbirdə kimin uyuduğu bəlli deyil

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 yanvar — Sputnik. Şahxəndan qəbiristanlığı Şamaxının ən böyük və qədim qəbiristanlıqlarındandır. Burada bir çox tanınmış şəxsiyyətlər dəfn edilib.

Qəbiristanlıqda XIV əsrdən qalmış məzarlar bu günümüzə qədər gəlib çatıb. Qəbiristanlıqda müqəddəs insanlar dəfn edildiyi üçün bura Şamaxı əhalisi üçün çox böyük əhəmiyyətə malikdir. Şəhər əhalisi bura pirə gələn kimi ziyarətə gəlir.

Hətta Seyid Əzim Şirvani (1835-1888) belə, öz vəsiyyətnaməsində Şahxandanda basdırılmağını qeyd edib: "Mən öləndə Şaxandanda basdırın, çünki onun Şahi-Xəndanı vardır".

XIV əsrdə salınmış bu qəbiristanlıq dahi Azərbaycan şairi İmaddəddin Nəsimini qardaşı Şaxəndanın adı ilə əlaqələndirilir. Deyilənə görə Şaxəndan dünyasını dəyişdikdən sonra burada dəfn edilib və onun məzarı üzərində türbə inşa olunub. Qeyd edək ki, Şaxəndan (Şahi Xəndan) Nəsiminin böyük qardaşı olub.

© Sputnik / Irade JELILŞahxəndan qəbiristanlığı Şamaxının ən böyük və qədim qəbiristanlıqlarındandır
Mən öləndə Şaxandanda basdırın, çünki onun Şahi-Xəndanı var... - Sputnik Azərbaycan
Şahxəndan qəbiristanlığı Şamaxının ən böyük və qədim qəbiristanlıqlarındandır

"Nəsimi ili" ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə türbə ətrafında restavrasiya işləri aparılıb.

İsmayıllı regional mədəniyyət idarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfael Tağızadənin sözlərinə görə, Nəsimi ili çərçivəsində Heydər Əliyev fondunun dəstəyi ilə Şahxəndan türbəsinin ətrafında yenidənqurma və bərpa işləri aparılıb.

© Sputnik / Irade JELIL Seyid Əzim Şirvani öz vəsiyyətnaməsində Şahxandanda basdırılmağını qeyd edib
Mən öləndə Şaxandanda basdırın, çünki onun Şahi-Xəndanı var... - Sputnik Azərbaycan
Seyid Əzim Şirvani öz vəsiyyətnaməsində Şahxandanda basdırılmağını qeyd edib

R. Tağızadə vurğulayıb ki, türbənin böyük bir hissəsi torpağın altında qalıbmış. Yenidənqurma işləri zamanı torpaq qazılıb və ətraf ərazilərə daşınıb. Türbənin ətrafında hasarlar çəkilib.

Türbənin bərpa işləri üçün xarici mütəxəssislər cəlb edilib, bərpa işlərinə avstriyalı memar Erik Pumer rəhbərlik edib: "Əsərlər boyu yağan yağışlar, tarixi abidənin bir hissəsinin torpaq altında qalması abidəyə ciddi zərərə vurub. Hazırda abidənin daxili və xarici divarlarının qurudulması üçün ciddi işlər görülür. Yaxın vaxtlarda abidənin konservasiyasına başlanılacaq".

Şamaxı sakinlərinin iddialarına görə, Şahxəndan türbəsinin 1980-1990-cı illərdə bərpasına başlanılıb. Amma işlər yaxşı görülməyib və yarımçıq buraxılıb. Bu gün isə türbəyə yeni nəfəs verilir.

© Sputnik / Irade JELILTürbədə iki məzar var
Mən öləndə Şaxandanda basdırın, çünki onun Şahi-Xəndanı var... - Sputnik Azərbaycan
Türbədə iki məzar var

Türbədə iki məzar var. Biri Şaxəndana məxsus olduğu deyilsə də, digərinin kim olduğu ümumiyyətlə hələ məlum deyil. Məzarların üzəri oxunandan sonra onun da kim olduğu bəlli olacaq. Sakinlər iddia edir ki, məzarlardan biri Şaxəndanın sevgilisinə aiddir.

Ancaq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Numizmatika və Epiqrafika" şöbəsinin müdiri, arxeoloq Akif Quliyev isə iddia edir ki, məzarlardan birinin üzərində ölüm tarixi 1369-1370-ci il (771) qeyd olunub. Bu ildə Nəsimi dünyaya gəlib və bu Şaxəndan ola bilməz. Yəni bu tarixdə ancaq onun babası və atası yaşamış olmuş ola bilər.

© Sputnik / Irade JELIL
Şaxəndanın ətrafı - Sputnik Azərbaycan
1/3
© Sputnik / Irade JELIL
Şaxəndanın ətrafı - Sputnik Azərbaycan
2/3
© Sputnik / Irade JELIL
Şaxəndanın ətrafı - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Onun sözlərinə görə, məzarlar üzərində dərin araşdırmalar aparılandan sonra ikinci məzarın kimə aid olduğunu müəyyən etmək olar: "Orada çox sayda məzar olub. Bilirsiniz ki, insanlar ölən zaman yaxınları ilə eyni ərazidə dəfn edilir. Orada olan qəbirlər bir ailənin üzvləri idi. Hesab edirəm ki, təmir işləri aparılan zaman bu da nəzərə alınmalı idi. Qəbirlər saxlanılmalı idi. Görülən işlərə arxeoloq da cəlb edilməli idi".

Mütəxəssis hesab edir ki, Şaxəndan qəbiristanlığı böyük tarixə malikdir. Və Şamaxı əhalisi uzun illərdir ki, bu qəbiristanlığa ziyarətə gəlir.

Xəbər lenti
0