CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amerikaya köçən azərbaycanlı müğənni yenidən oxumaq qərarına gəlib

© Photo : Instagram / thefaridmammadПредставитель Азербайджана на «Евровидение-2013» Фарид Мамедов
Представитель Азербайджана на «Евровидение-2013» Фарид Мамедов  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı müğənni Fərid Məmmədov musiqi yaradıcılığına verdiyi fasiləni aradan qaldırmaq qərarına gəlib və İsveç kompozisiyasına ikinci həyat bəxş edib.

BAKI, 25 dekabr — Sputnik. ABŞ-a köçən, Azərbaycanı "Avroviziya-2013" musiqi yarışmasında təmsil edən Fərid Məmmədov uzun səssizlikdən sonra yenidən əlinə mikrofon almaq qərarına gəlib. Sputnik Azərbaycan-ın məlumatına görə, o, İsveçin məşhur "Lund" qrupunun "Broken" mahnısını yenidən oxuyub.

Beynəlxalq müsabiqədə iştirak edəndən sonra Məmmədov ailə qurub və həyat yoldaşı ilə birlikdə daimi yaşamaq üçün Amerikaya köçüb. Orada müğənnilik karyerasını buraxmaq və kuryer işləmək qərarına gəlib. Lakin yaradıcılığa üç il fasilə verəndən sonra "Broken" kompozisiyasını ifa edib və hətta ona ABŞ-da klip də çəkdirib.

Məmmədovun pərəstişkarları onu sosial şəbəkələrdə dəstəkləyiblər. Ondan yaradıcılığı davam etdirməyi və onları yeni mahnılarla sevindirməyi təvəqqe ediblər.

Qeyd edək ki, Fərid Məmmədov Azərbaycanın əməkdar artisti Aybəniz Həşimovanın tələbəsi olub. O, 2013-cü ildə Azərbaycanı "Avroviziya" beynəlxalq musiqi müsabiqəsində təmsil edib. Bundan sonra nəinki təkcə Vətənində, eləcə də xaricdə şöhrət qazanıb.

"Broken" kompozisiyasını müqayisə üçün "Lund" qrupunun ifasında səslənən orijinal versiyada da diqqətinizə çatdırırıq.

Xəbər lenti
0