CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı və Abşeronda qış yarmarkaları təşkil olunub

© Sputnik / Irade JELILYarmarka çadırları
Yarmarka çadırları - Sputnik Azərbaycan
Abunə olmaq
Yarmarkalar Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeronun rayonlarında təşkil edilib. Qış yarmarkalarında kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əhali üçün əyləncəli şou-proqram da nəzərdə tutulub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Bu gündən etibarən Bakı və Abşeronda bayram yarmarkalarına start verilib. Bu barədə Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC mərkəzinin mətbuat katibi Mayis Musayev məlumat verib.

Kənddən Şəhərə satış yarmarkası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt sakinlərinə jest: dörd gün yarmarka olacaq

O, bildirib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ilə əlaqədar Bakı və Abşeronda 10 günlük qış yarmarkası həyata keçiriləcək: "Həmin yarmarkalar Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeronun rayonlarında təşkil edilib. Qış yarmarkalarında kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əhali üçün əyləncəli şou-proqram da nəzərdə tutulub".

M. Musayevin sözlərinə görə, yarmarkaların keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasıdır.

Xəbər lenti
0