CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhalinin sayı açıqlanıb

© Sputnik / Murad OrujovБлаготворительная новогодняя ярмарка "Холодные руки, горячее сердце" в Баку
Благотворительная новогодняя ярмарка Холодные руки, горячее сердце в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir

BAKI, 18 dekabr — Sputnik. Cari ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 71688 nəfər, yəni  0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10053145 nəfərə çatıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Qeyd edək ki, hazırda əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfərdir.

Xəbər lenti
0