19:22 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
56 0 0

Sözügedən şəxslərin əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

BAKI, 12 dekabr — Sputnik. Vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Səbail və Yasamal şöbələri üzrə aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya İdarəsinə köçürülüb və həmin şəxslərin əmək pensiyalarının ödənişi 2019-cu ilin dekabr ayından etibarən hər ayın 13-16 aralığında həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli pensiya təyin edilmiş şəxslər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxsələr, o cümlədən dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə və vergi orqanlarının işçiləri və s.), Milli Məclisin deputatları, MSK-nın və Hesablama Palatasının üzvləri, Ədliyyə orqanlarının mülki işləri, Məhkəmə hakimləri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər daxildir.

Yuxarıda qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən pensiya alan şəxslər və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərin əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

Əsas mövzular

  • Ermənistan ordusuna məxsus PUA

    Bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

    62
  • Dağlıq Qarabağ, arxiv şəkli

    "Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq. Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur"

    49
  • Avtomobil tıxacı, arxiv şəkli

    "Restoranlar, kafelər əvvəllər axşam saat 11-12-dək işləyirdisə, indi işlərini daha tez yekunlaşdırmalı olur. İndi elə bir situasiyadır ki, hamı eyni vaxtda işdən çıxmalı olur. Vaxt məhdudiyyəti 21:00 yox, 23:00 olsaydı, bu sıxıntı bu qədər olmayacaqdı" - Fazil Mustafa

    65